Ağsu gənclərinin rayon toplantısı keçirilmişdir
29 may 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Gənclərinin VII Forumuna hazırlıq məqsədilə Ağsu rayon gənclərinin toplantısı keçirilmişdir.
Toplantını gırış sözü ilə Ağsu rayon Gənclər və İdman idarəsini rəisi A.Kərimli açaraq qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüşdür.Bu təşəbbüsün nəticəsi olaraq 2 fevral 1996-cı ildə gənclərin ilk Forumu keçirildi və hər üç ildən bir Forumların keçirilməsi qərara alındı.
Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri S.Mirzəliyeva çıxış edərək qeyd etmişdir ki, Azərbaycan gəncləri ölkəmizdə gedən demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və təhsil sahəsində böyük uğurla irəliləyərək zəngin milli-mədəni irsimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atırlar. Müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyev gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün səmərəli şərait yaratmışdır. Gənclərin milli-vətənpərvərlik tərbiyəsinin yüksəlməsində Heydər Əliyevin böyük xidməti vardır. Sağlam vətəndaş böyütmək, layiqli övlad yetişdirmək ümummilli liderimizin arzularından biri idi. Gənclərin hərtərəfli inkişafı Azərbaycan Respublikasının dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. İndiki gəncliyin qarşısında ən taleyüklü vəzifə-müstəqilliyimizin qorunması və ərazi bütövlüyümüzün bərpa edilməsidir. Hazırda Heydər Əliyev ideyalarının layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın aydın sabahından xəbər verir. Bu sabahı çiyinlərində daşıyacaq böyüməkdə olan hər bir azərbaycanlı övladı bu ideyaları davam etdirməli və gələcək nəsillərə çatdırmalıdır. S.Mirzəliyeva çıxışının sonunda Ağsu raon gənclərini Forum münasibətilə təbrik etmiş və toplantının işinə uğurlar arzulamışdır.
Toplantıda Təklə kənd tam orta məktəbinin müəllimi E.Fərzəlizadə, YAP Ağsu rayon Təşkilatının üzvü A.Şeydayev və başqaları çıxış etmişlər.
Çıxışlardan sonra Azərbaycan Gənclərinin VII Forumuna 8 nəfər nümayəndə seçilmişdir.
Toplantının sonunda gənclər adından ölkə başçısına müraciət qəbul olunmuşdur.