Şriftin ölçüsü :

Saytın rəngi :

Miqrasiya sahəsində maarifləndirmə tədbiri keçirilib

14 mart 2019 | 11:00

Ağsu Regional Miqrasiya İdarəsi rayonda “Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqaməti” mövzusunda hüquqi maarifləndirilmə tədbiri keçirib. YAP rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə rayonun aidiyyəti dövlət qurumlarının, məhkəmə, hüquq-mühafizə orqanlarının, ictimai təşkilatların nümayəndələri, tibb işçiləri, işəgötürənlər, sahibkarlar, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edib.
  Rayon icra hakimiyyəti hüquq şöbəsinin müdiri Tofiq Kərimov tədbiri açaraq Dövlət Miqrasiya Xidmətinin keçirdiyi maarifləndirmə tədbirinin əhəmiyyətindən danışıb.
  Regional miqrasiya idarəsinin məsul işçisi Dövlət Miqrasiya Xidmətinin yaradılması tarixi, inkişaf mərhələsi və fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. İştirakçılara vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə göstərilən elektron xidmətlərin sayının artırılması, Dövlət Miqrasiya Xidməti və “ASAN Radio”nun yeni birgə layihəsi, Dövlət Miqrasiya Xidmətinə gənclərdən ibarət könüllülərin cəlb olunması, Xidmətin fəaliyyət imkanlarının genişləndirilməsi, “Samur”, “Astara”, “Şıxlı” dövlət sərhədi buraxılış məntəqələrində 24 saat xidmət göstərən miqrasiya bölmələrinin fəaliyyəti, miqrasiya qanunvericiliyi ilə bağlı geniş bilgilər verilib.  
  Çıxışlardan sonra əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə olduğu yer üzrə qeydiyyata alınması, ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydaları, habelə vətəndaşlıq məsələləri ilə bağlı iştirakçıları maraqlandıran çoxsaylı suallar cavablandırılıb. Vətəndaş məmnunluğunun artırılması məqsədilə seminarın sonunda 6 şəxsə səyyar xidmət göstərilib.

Keçidlər