Şriftin ölçüsü :

Saytın rəngi :

Zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə görülən işlərlə tanış olmaq üçün Prezident İlham Əliyev Ağsu rayonuna səfərə gəlib.

06 mart 2019 | 11:00

Fevralın 5-də və 6-da baş vermiş zəlzələnin törətdiyi fəsadların aradan qaldırılması barədə Sərəncam və tapşırıqların icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib. Dövlət başçısı Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
  Prezident İlham Əliyev zəlzələ nəticəsində zərər çəkən Ağsu şəhər sakinləri Gülarə Hökmrəvan və Həcər Zamanovanın ailəsi üçün yenidən tikintisi aparılan evlərə baxıb, ev sahibi və ailə üzvləri ilə söhbət edib.
  Ölkə Prezidenti tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verib.
  Sonda rayon sakinləri ilə görüş zamanı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə danışılıb, dövlət başçı tərəfindən sakinləri narahat edən məsələlər dinlənilib.

Keçidlər