Şriftin ölçüsü :

Saytın rəngi :

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirilib

07 mart 2019 | 11:00

“Tural Plaza” şadlıq sarayında təşkil edilən bayram tədbirində rayonun ictimai-siyasi həyatında fəallıq göstərən, dövlət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, habelə ictimai təşkilat və birliklərə rəhbərlik edən 250 nəfər qadın iştirak edib.
  Mərasimi giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev qadınları bayram münasibəti ilə təbrik edib. Vurğulayıb ki, Beynəlxalq Qadınlar Gününün bayram edilməsi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar Günü ilk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilib. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün martın 8-də keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkələrin qadınları öz həmrəylik gününü məhz bu tarixdə qeyd edəndən sonra ənənə halını aldı.
  O vaxtdan bütün ölkələrdə qadınlar 8 Martı sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart - Beynəlxalq Qadınlar Günü ölkədə qeyri - iş günləri sırasına  daxil edilib.
  Digər təbrik nitqi söyləyənlər də ölkəmizdə, o cümlədən rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışıb, onların ictimai-siyasi fəallığını, sosial-iqtisadi və mədəni həyatımızda rolunu yüksək qiymətləndiriblər.
  Bayram tədbiri rayon musiqiçilərinin ifasında rəngarəng konsert proqramı ilə davam edib. Sonda rayonun ictimai siyasi həyatında fərqlənən bir qrup qadına rayon icra hakimiyyətinin Fəxri Fərmanları və bütün iştirakçılara hədiyyələr təqdim edilib.



Keçidlər