“5 Mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə silsilə tədbirlər keçirilib
04 mart 2019-cu il tarixdə Ağsu rayon Gənclər və İdman idarəsinin, Ağsu rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Ağsu Şəhər stadionunda ümumtəhsil məktəb komandaları arasında mini-futbol idman növü üzrə rayon birinciliyi keçirilib.
Birincilikdə 16 ümumtəhsil tam orta məktəb komandası olmaqla ümumilikdə 186 nəfər futbolçu iştirak edib.
Qalib komandalar Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıb.
********************************
Martın 5-də Ağsu rayon İcra Hakimiyyətində keçirilən tədbiri başçısının müavini Sevil Mirzəliyeva açaraq bildirib ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününun təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir.
Vurğulayıb ki, ölkəmizdə idmanın inkişafı ildən ilə daha geniş vüsat alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Tədbirdə rayonun veteran məşqçi-müəllimləri Mübariz Məmmədov, Talib Musayev və gənc məşqçi-müəllimlər Vüqar Kərimov, Cavanşir Mirzəyev, Rövşən Qədirov çıxış edərək ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.
Sonda məşqçi-müəllim Mübariz Məmmədov rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib və yüksək nəticələr əldə etmiş bir qrup idmançıya qiymətli hədiyyələr təqdim olunub.