Rayon İcra Hakimiyyətinin başçısı Təklə kəndində vətəndaşları qəbul edib
21 fevral 2019 | 11:00
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Təklə kəndində vətəndaşları qəbul edib.
Səyyar qəbulda kənd sakinləri tərəfindən elektrik enerjisi ilə təchizatın və suvarma suyu ilə təminatın yaxşılaşdırılması, Təklə kənd tam orta məktəbi üçün yeni binanin inşası, ünvanlı dövlət sosial yardımı almağa kömək göstərilməsi ilə əlaqədar təkliflər irəli sürülüb.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.