Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümü ilə əlaqədar rayon ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilib

18 yanvar 2019 | 11:00

14-18 yanvar 2019-cu il tarixlərində Heydər Əliyev Mərkəzi tərəfindən ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin iyirmi doqquzuncu ildönümünün qeyd olunması ilə əlaqədar mühazirələr keçirilib. 

  Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şagirdlərə 20 Yanvar faciəsinin yaranma səbəbləri, bu qanlı hadisənin tariximizdə buraxdığı izlər və nəticələri barədə geniş məlumat verilib, Azərbaycan tarixinin azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışılıb.

  Bildirilib ki, 20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olub. Həmin gün xalqımızın ürəyində illərlə qalmış azadlıq, müstəqillik eşqinin oyanış günüdür. Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi və mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirib.
  Tədbirlərdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiyalar, mövzu ilə bağlı video-çarxlar və rəsm əsərləri nümayiş etdirilib. 

Keçidlər