Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş silsilə idman tədbirləri keçirilib

11 dekabr 2018 | 11:00

Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan məktəblilər arasında şahmat və dama idman növləri üzrə yarışlar keçirilib.
  İki yaş qrupu üzrə (10 və 16 yaş) olimpiya üsulu ilə keçirilən dama yarışında 32 məktəbli, dairəvi sistem üzrə keçirilən şahmat yarışında isə 34 məktəbli iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlar dekabrın 11-də başa çatıb.
  Yarışlarda I, II və III yerlərə layiq görülən idmançılara Gənclər və İdman İdarəsinin diplomları verilib.

Keçidlər