Rayon İcra Hakimiyyətinin başçısı Pirhəsənli kəndində vətəndaşları qəbul edib
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Pirhəsənli kəndində vətəndaşları qəbul edib.
Görüşdə vətəndaşlar tərəfindən kəndin elektrik təsərrüfatında mövcud olan bir sıra çatışmazlıqların aradan qaldırılmasına, Pirhəsənli kənd tam orta məktəbinin yaxınlığına içməli su xəttinin çəkilməsinə və növbəti ildə taxıl yığımı kampaniyasına hazırlıq dövründə torpaq mülkiyyətçilərinin kombaynlarla təminatının yaxşılaşdırılması üçün lazımi tədbirlərin görülməsinə kömək göstərilməsi ilə əlaqədar məsələlərin həlli qaldırılıb.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.