Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Qəşəd kəndində vətəndaşları qəbul edib

29 noyabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Qəşəd kəndində vətəndaşları qəbul edib.
  Səyyar qəbulda vətəndaşlar tərəfindən kəndin elektrik təsərrüfatında olan bir sıra xırda çatışmazlıqların aradan qaldırılması, kəndin kənarından keçən suvarma arxının təmizlənməsi, icarə müqaviləsi əsasında torpaq sahəsinin ayrılması və məhəllə yolunun təmiri ilə əlaqədar məsələlərin həlli qaldırılıb.
  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar verilib.

Keçidlər