Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Dirçəliş Günü qeyd olunub

17 noyabr 2018 | 11:00

Ağsu rayonunda 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa” keçirilib.
  Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək Milli Dirçəliş Gününün mahiyyətindən danışıb, bu tarixin xalqımızın azadlıq mücadiləsini əks etdirən əlamətdar gün olduğunu deyib.
  Çıxışlarda qeyd olunub ki, əsrlər boyu azadlıq, müstəqillik arzusu ilə yaşayan xalqımız 1988-ci ilin noyabrında imperiya əsarətinə, Ermənistanın separatçılıq siyasətinə, Azərbaycan rəhbərliyinin təslimçilik mövqeyinə qarşı ayağa qalxıb. 
 Azərbaycan xalqının milli dirçəliş tarixinin məhz görkəmli dövlət xadimi ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılaraq bildirilib ki, bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə öncədən dərk edib, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirib.
 Qeyd olunub ki, 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək deyib: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır. Mən bu yoldan dönməyəcəm”.
  Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyulub.

Keçidlər