Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu Bilik evində 16 noyabr – Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib

16 noyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu noyabrın 16-da Ağsu  Bilik evində  Beynəlxalq Tolerantlıq Gününə həsr olunan “Tolerantlıq mənəvi dəyər kimi” mövzusunda mühazirə keçirib.
  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov çıxış edərək Azərbaycanın coğrafi mövqeyi, əhalinin etnik tərkibi, ərazidə mövcud olan müxtəlif dinlər barədə ətraflı məlumat verib, ölkəmizin dünyada tolerantlıq nümunəsi olduğunu bildirib.
  Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşduğu mərkəzə çevirib, hazırda respublikamızda müxtəlif millətlərin və xalqların nümayəndələri bir ailə kimi yaşayırlar.
  Tədbirdə Ağsu rayon ictimaiyyətinin nümayəndələri, Dini İşlər üzrə Komissiyanın təmsilçiləri, yerli ziyalılar iştirak ediblər.
 

Keçidlər