Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda konfrans keçirilmişdir

08 may 2014 | 10:00

7 may 2014-cü il tarixdə Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan regionlarının  inkişafı” mövzusunda  konfrans  keçirilmişdir.
     Konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ümummilli Liderin adını daşıyan parka gələrək ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
     Sonra Mərkəzdə Ümummilli Liderə həsr olunmuş sənədli filmin nümayiş etdirilmişdir. Daha sonra “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda məruzə dinlənilmiş, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin 1978-ci il sentyabrın 29-da və 1981-ci il iyulun 30-da Ağsu rayonuna tarixi səfərləri ilə bağlı xatirələr söylənilmişdir. Ulu Öndərin Vətən qarşısındakı əvəzolunmaz xidmətlərindən, respublikamıza rəhbərliyinin bütün dövrlərində bütün regionların, o cümlədən Ağsu rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan danışılmışdır. Qeyd olunmuşdur ki, hər bir regionun iqtisadi potensialını dəqiq müəyyənləşdirmək, bu potensialdan maksimum səmərəli istifadə etmək bacarığına malik bu böyük şəxsiyyət Azərbaycanın hərtərəfli və sürətli inkişafına misilsiz töhfələr vermişdir.
     Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bölgələrə mütəmadi səfərlərinin bir regionun inkişafına verdiyi töhfələri xüsusi vurğulayan natiqlər Azərbaycanın qısa zamanda dünyanın ən sürətlə inkişaf edən bir ölkəsinə çevrilməsini məhz Böyük Öndərin işləyib hazırladığı sosial-iqtisadi konsepsiyanın təbii nəticəsi kimi dəyərləndirmişlər.
 

Keçidlər