Şriftin ölçüsü :

Saytın rəngi :

12 Noyabr - Konstitusiya Günü qeyd olunub

12 noyabr 2018 | 11:00

Noyabrın 12-də Konstitusiya Günü münasibətilə təntənəli yığıncaq keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər Parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Heydər Əliyev Mərkəzində təşkil olunan təntənəli yığıncaqda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanan milli Konstitusiyamız ölkəmizin demokratik və sivil inkişafı üçün əsaslı bir təminatdır.
  Vurğulanıb ki,1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası müstəqillik yolunda hələ kövrək addımlarını atan ölkəmizdə dövlətin təməl prinsiplərini, siyasi-hüquqi və iqtisadi əsaslarını, şəxsiyyətin hüquqi vəziyyətini, ədalət mühakiməsini, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanunlar toplusu oldu.
  İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun “Müstəqil dövlətçiliyin hüquqi istinadgahı” mövzusundakı məruzəsində, eləcə də rayon prokuroru Elvin Mirzəyevin, icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Tofiq Kərimovun, Muradlı kənd tam orta məktəbin direktoru Aqil Həsənovun çıxışlarında qeyd olunub ki, əsas prinsipləri müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanan Konstitusiyamızın qəbulundan keçən qısa tarixi zamanda ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada böyük uğurlar qazanıb. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da artır, Azərbaycan yeni üfüqlərə doğru inamla irəliləyir.

Keçidlər