Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Bozavand kəndində vətəndaşlarla görüşüb

17 oktyabr 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev cari il üçün təsdiq olunmuş səyyar qəbul qrafikə uyğun olaraq oktyabrın17-də Bozavand kəndində olub və sakinlərlə görüşüb.   

  İcra hakimiyyətinin başçısı ölkədə aparılan sürətli sosial-iqtisadi inkişafdan danışaraq əhalinin rifah halının durmadan yaxşılaşdığını nəzərə çatdırıb. Vurğulayıb ki,  regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində strateji məhsulların yetişdirilməsi və əhalinin faydalı məşğulluğunun təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.

   Qəbulda vətəndaşlar tərəfindən Bozavand kəndinin problemlərinin həlli məqsədilə bəzi təkliflər irəli sürülüb. Bunlar əsasən elektrik təsərrüfatında, kənd yollarının təmirində və rabitə xidmətlərinin göstərilməsində olan çatışmazlıqlardır. Qaldırılan təkliflər ümumiləşdirilib və yaxın vaxtlarda icra edilməsi üçün müvafiq strukturlara göstərişlər verilib.


Keçidlər