Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Kitab bayramı keçirilmişdir

08 may 2014 | 10:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ağsuda təşkil edilən silsilə tədbirlər çərçivəsində mayın 7-də mədəniyyət sarayının qarşısında Kitab bayramı keçirilmişdir.
     Rayon rəhbərlərinin, ziyalıların, yeniyetmə və gənclərin qatıldıqları tədbirin iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək qoyaraq  dahi rəhbərə xatirəsinə öz ehtiramlarını bildirmişlər.
    Kitab bayramının açılış mərasimində çıxış edənlər dahi rəhbər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafı sahəsində əvəzsiz xidmətlərindən danışmışlar. Məktəblilərin ifasında Ulu Öndərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilmişdir.
     Daha sonra iştirakçılar sərgilənmiş kitablara baxmışlar. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan onlarla kitab və jurnal nümayiş etdirilmişdir.
     Mərkəzi rayon kitabxanasının işçiləri kitabsevərlərə ayrı-ayrı əsərlər barədə müfəssəl məlumatlar vermiş, hər bir sorğunu cavablandırmışlar.
   Kitab bayramında uşaq yaradıcılıq birliyinin ən yaxşı əl işləri, rəsm nümunələri nümayiş etdirilmiş, məktəblilər arasında şahmat yarışı keçirilmişdir.
     Yarış qalibləri, həmçinin Ulu Öndərə həsr olunan şeirin ən yaxşı ifaçısı və ən fəal oxucu mükafatlandırılmışdır.

Keçidlər