Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunan tədbir keçirilib

17 oktyabr 2018 | 11:00

   Oktyabrın 17-də Ağsu rayonunda Azərbaycanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunan tədbir  keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
   Rayon icra hakimiyyətində təşkil olunan tədbirdə icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, müavin Sevil Mirzəliyeva, eləcə də başqaları çıxış ediblər. Vurğulanıb ki, 27 il əvvəl oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edib. Bu Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutub. O vaxtkı ağır tarixi şərait, dağılmaqda olan sovet imperiyasının ermənilərə havadarlıq etməsi, bunun nəticəsində torpaqlarımızın işğalı, törədilən təxribatlar, yarıtmaz idarəetmə müstəqilliyimizin ilk illərində ölkəmizdə ciddi problemlərə səbəb olmuşdu. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
   Vurğulanıb ki, xalqımızın 1918-1920-ci illərdə mövcud olan dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Müstəqilliyin möhkəmləndirilməsi və əbədilik qazanması dahi rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan məhz Ulu Öndərin böyük dövlətçilik təcrübəsi və gərgin səyi ilə öz müstəqilliyini qoruyub saxlaya bildi. Bu gün doğma vətənimiz Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli ölkəsinə çevrilib. 

Keçidlər