Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

10 oktyabr 2018 | 11:00

Oktyabrın 10-da  Ağsu rayon Gənclər və İdman idarəsinin  tədbirlər planına uyğun olaraq A.Nadirov adına Ağsu şəhər 1 №-li məktəb-liseyində "Vətənin Müdafiəsinə Hazıram" poliatlon çoxnövçülüyü üzrə tam orta məktəb komandaları arasında rayon birinciliyi keçirilib.              
     Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi məqsədilə  baş tutan  birincilikdə çağırışçı gənclərin vətənin müdafiəsinə fiziki, mənəvi cəhətdən hazırlanması, gənclərdə vətənə məhəbbət hissinin aşılanması ilə bağlı işlərə baxış keçirilib, rayonumuzu zona mərhələsində təmsil edəcək komanda müəyyən edilib.
      Yarışda 13 tam orta məktəb komandasından ümumilikdə 65 nəfər məktəbli iştirak edib.  I yerə N.Mirzəliyev  adına  Ağarx kənd tam orta məktəbinin, II yerə şəhər 4 saylı tam orta məktəbinin, III yerə isə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbinin komandaları layiq görülüb. Qalib komandalara Gənclər və İdman idarəsinin və Ağsu rayon Təhsil şöbəsinin diplomları təqdim olunub.

Keçidlər