Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

30 aprel 2014 | 10:00

26 aprel 2014-cü il tarixində Ağsu şəhərindəki Veteranlar evində Çernobıl faciəsinin 28-ci ildönümünə  həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər  Seyidəliyev, “Çernobıl əlilləri” İttifaqının Şamaxı, Qobustan və Ağsu rayonlararası filialının sədri Tahir Məmmədov, Ağsudan olan 38 nəfər Çernobıl əlili, ağsaqqallar və gənclər iştirak edirdi.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlanılmışdır.
Giriş sözü ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyəti başçısı Ənvər Seyidəliyev Çernobıl faciəsinin törətdiyi  fəsadlar barədə danışaraq, ümummilli lider Heydər Əliyevin imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərmanını dövlətimiz tərəfindən göstərilən diqqət və qayğının təzahürü olduğunu vurğuladı. Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılaraq, onların statusunun müəyyənləşdirildiyini, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görüldüyünü qeyd etdi.
Qəza ilə əlaqədar təqdim olunan məruzədə, eləcə də “Çernobıl əlilləri” İttifaqının Şamaxı, Qobustan və Ağsu rayonlararası filialının sədri Tahir Məmmədov, ikinci qrup Çernobl əlilləri Adışirin İbadov, Vəli Mirzəyev və başqalarının çıxışlarında faciənin dəhşətləri barədə ətraflı danışılmışdır.
Qeyd olunmuşdur ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in dördüncü blokunda baş verən qəza nəinki SSRİ-ni, bütün Avropanı belə sarsıtmışdı. Partlayış nəticəsində ərazi xarabazara çevrilmiş, insanlar həlak olmuş, yüz minlərlə insan radiaktiv şüalanmaya məruz qalmışdır.
Qəzanın nəticələrinin aradan qaldırılmasında respublikamızın əsasən gənclərdən ibarət 7 min nəfərdən çox vətəndaşı iştirak etmişdir. Onlar  heç bir lazımi hazırlıq keçmədən, radiasiyadan  qorunmaq  barədə bilgiyə malik olmayan insanlar idi. Həmin gənclərin bir çoxu ölmüş, qalanları isə ömürlük əlil olmuşlar.
Məruzə və çıxışlarda qeyd edilmişdir ki, hazırda Ağsuda 38 nəfər Çernobıl əlili ölkəmizdə Qarabağ müharibəsi əlilləri kimi, dövlət qayğısı ilə əhatə olunmuşdur.
Tədbirin sonunda Çernobıl əlillərinə rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.

Keçidlər