Şriftin ölçüsü :

Saytın rəngi :

“Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi” adlı ingilis dilində kitabın təqdimatı keçirilib

14 sentyabr 2018 | 11:00

 Sentyabrın 14-də Uşaq-Gənclər İnkişaf Mərkəzində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Xəzər–Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyi tərəfindən “THE OCCUPYING OF THE ARMENIAN REPUBLIC AND THE PROBLEMS OF REGIONAL SECURITY” (“Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi”) adlı ingilis dilində kitabın təqdimatı keçirilib.

 Kitab təqdimatında  təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ziyalıları iştirak ediblər.

  Təqdimat mərasimində layihə rəhbəri Rüstəm Məmmədov və ekspert Xətai Abbasovun çıxışlarında Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində ermənilərin qanunsuz əməlləri, qaçqın və məcburi köçkünlərin problemləri öz əksini tapıb.

  Sonda tədbir iştirakçılarına və kitabxana müəssisələrinə yeni nəşrlər  paylanılıb.

Keçidlər