Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib

11 sentyabr 2018 | 11:00

Ağsu rayonunun ümumtəhsil məktəblərində 2010-cu ildən başlayaraq hər il ali məktəblərə qəbul olan məzunların sayında artım qeydə alınır. 2010-cu ildə bu göstərici 35 nəfər, 2017-ci ildə 115 nəfər olmuşdusa, bu il həmin göstərici 135 nəfərdir. Təkcə Ağsu şəhər 1 nömrəli məktəb-liseyin 23 məzunu bu il tələbə adını qazanıb. Qəbul olunanlardan 15 nəfər 500-dən, 4 nəfər isə 600-dən çox bal toplayıb.Bu məlumatlar Ağsu rayon təhsil işçilərinin sentyabr konfransında bildirilib.
  Rayon Təhsil Şöbəsinin müdiri Səftər Əlabbasov yeni dərs ilinə hazırlıqla əlaqədar vurğulayıb ki, rayonda 69 ümumtəhsil məktəbi fəaliyyət göstərir. Təhsil ocaqlarının yeni dərs ilinə hazırlığı ilə əlaqədar xeyli iş görülüb. Məktəblər müasir tələblərə cavab verən inventar və avadanlıqlarla təchiz olunub. Ağsu şəhər 2 və 5 nömrəli, Ərəbuşağı kənd tam orta, Qiyaslı kənd ümumi orta məktəblərində cari təmir işləri aparılıb, binaların üst örtüyü dəyişdirilib. Bico kənd tam orta məktəbi üçün 180 yerlik binanın tikintisi, Çaparlı kənd tam orta məktəbinin əsaslı təmiri başa çatmaq üzrədir. Habelə Göydəlləkli kənd ümumi orta, Hacman kənd ibtidai məktəblər üçün modul tipli binaların quraşdırılması davam etdirilir. Təhsil ocaqlarına 97 adda 38242 ədəd dərslik paylanıb.
  Konfransda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva və Təhsil Nazirliyinin məsul işçisi Zöhrab Kəlbəliyev çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, həyata keçirilən təhsil islahatlarından, habelə yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.

Keçidlər