Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda pambıq tədarükünə başlanılıb

10 sentyabr 2018 | 11:00

Ağsu rayonunda bir neçə gündür ki, kütləvi pambıq yığımına başlanılıb və sentyabrın 10-da ilk pambıq karvanı qəbul məntəqələrinə yola salınıb.
  Lafet karvanının yola salınması təntənəli mərasimlə qeyd edilib. Rayon rəhbərlərinin, fermerlərin, torpaq mülkiyyətçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, “P.Aqro” MMC-nin baş aqronomu Çingiz İsrafilov, fermer Hacağa Hüseynov və başqaları mühüm strateji sahə olan pambıqçılığın inkişafı ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıq və tövsiyələrlə bağlı görülən işlərdən, qarşıda duran vəzifələrdən, bu sahəyə göstərilən dövlət dəstəyindən danışıblar.
  Bildirilib ki, cari ildə rayonda 2600 hektarda pambıq yetişdirilib. Məhsulun təqribən 70 faizi maşınlarla yığılacaq. Bu məqsədlə hələlik 6 ədəd pambıqyığan kombayn hazır vəziyyətə gətirilib. Məhsulun qalan hissəsi isə əllə toplanacaq. Bunun üçün ilk günlərdən tarlalara 3000 nəfərədək işçi qüvvəsi cəlb olunub.
  Rayonda pambıqçılıqla məşğul olan 160 fermer təsərrüfatı var. Əksər ərazilərdə, o cümlədən Ərəbmehdibəy, Bozavand, Rəhimli, Kəndoba, Çaparlı və bir sıra digər ərazi vahidlərində məhsuldarlıq daha yüksəkdir. Mütəxəssislər cari mövsümdə rayonda hər hektardan azı 20 sentner məhsul götürüləcəyi qənaətindədirlər.

Keçidlər