Rayon İcra Hakimiyyətinin başçısı Ülgüc kəndində vətəndaşları qəbul edib
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Ülgüc kəndində vətəndaşları qəbul edib.
Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla qarşılanır.
Kənd sakinləri çıxışlarında sosial-iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.
Görüşdə vətəndaşlar tərəfindən əsasən əkin sahələrinin suvarma suyu ilə təminatının və elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılmasına, kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə, məscidə təbii qazın verilməsinə köməklik göstərilməsi və bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.
Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov iştirak və çıxış edib.