Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Toğrul Fərəczadənin xatirəsinə həsr olunmuş uşu idman növü üzrə respublika turniri keçirilib.

03 sentyabr 2018 | 11:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Ağsu rayon İcra Hakimiyyətinin, Azərbaycan Uşu Federasiyasının və Ağsu rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 02-03 sentyabr 2018-ci il tarixlərdə Ağsu rayon Pirhəsənli kənd tam orta məktəbində Aprel döyüşlərində şəhid olmuş Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə həsr olunmuş uşu idman növü üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında respublika turniri keçirilib.
  Yarışda millət vəkili Tahir Kərimli, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov, Ağsu rayon Səfərbərlik və hərbi xidmətə çağırış şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov, Kunq-fu idman növü üzrə dünya və avropa çempionu, boks üzrə əməkdar məşqçi Fərid Mayılov, şəhidin valideyinləri və yaxınları iştirak ediblər. Tədbirdə çıxış edənlər bildiriblər ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana diqqət və qayğı siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev uğurla davam etdirir. Bu qayğının nəticəsidir ki, ildən-ilə Olimpiya İdman Kompleksləri inşa olunaraq idmançıların ixtiyarına verilir. Vurğulanıb ki, bu kimi yarışların keçirilməsi gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük stimul yaradır.
  Turnirdə Bakı şəhərindən 12, digər rayonlardan 5 komanda olmaqla ümumilikdə 17 komandadan 159 idmançı iştirak edib. Yarışda idmançılar 3 yaş qrupu üzrə 50 kq çəki dərəcəsində öz qüvvələrini sınayıblar. Sonda qaliblərə Azərbaycan Uşu Federasiyasının və Ağsu rayon Gənclər və İdman  idarəsinin  diplom və medalları təqdim olunub.

Keçidlər