Rayon icra hakimiyyətinin başçısı Ağabəyli kəndində vətəndaşlarla görüşüb
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev cari il üçün təsdiq olunmuş qrafikə uyğun olaraq avqustun 30-da Ağabəyli kəndində olub və kənd sakinləri ilə görüşüb. Görüşdə Milli Məclisin deputatı Tahir Kərimli iştirak edib.
İcra hakimiyyətinin başçısı ölkədə aparılan sürətli sosial-iqtisadi inkişafdan danışaraq əhalinin rifah halının durmadan yaxşılaşdığını nəzərə çatdırıb. Vurğulanıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası nəticəsində strateji məhsulların yetişdirilməsi və əhalinin faydalı məşğulluğunun təmin olunması sahəsində mühüm nailiyyətlər əldə olunub.
Qəbulda vətəndaşlar tərəfindən Ağabəyli kəndinin problemlərinin həlli məqsədilə bəzi təkliflər də irəli sürülüb. Bunlar əsasən əkin sahələrinin suvarılmasında, kənd yollarının təmirində və rabitə xidmətlərinin göstərilməsində olan çatışmazlıqlardır. Qaldırılan təkliflər ümumiləşdirilib və yaxın vaxtlarda icra edilməsi üçün müvafiq strukturlara göstərişlər verilib.