Rayon İcra Hakimiyyətinin başçısı səyyar görüşdə Məlikçobanlı kənd sakinlərini qəbul edib
16 avqust 2018 | 11:00
Səyyar qəbul qrafikinə uyğun olaraq rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Məlikçobanlı kənd sakinləri ilə görüşüb. Qəbulda Milli Məclisin deputatı Tahir Kərimli iştirak edib.
Qəbulda kənd sakinləri tərəfindən qaldırılan məsələlər nəzarətə götürülərək onların icrası ilə bağlı tədbirlər nəzərdə tutulub.