Ağsu rayonunda “Narkomaniya-gələcəyimiz üçün böyük təhlükə” mövzusunda silsilə tədbirlərə başlanılıb.
Ağsu Rayon İcra Hakimiyyəti və Ağsu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Təhsil şöbəsi və hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə orta ümumtəhsil məktəblərində “Narkomaniya-gələcəyimiz üçün böyük təhlükə” mövzusunda seminarlar keçirilir.
Tədbir çərçivəsində ilk seminarlar 22-25 aprel 2014-cü il tarixlərdə rayonun 1 və 2 sayı şəhər, Pirhəsənli, Növcü və Çiyni kənd tam orta məktəblərində keçirilib.
Tədbirlərdə Ağsu Rayon İcra Hakimiyyəti yanında “Narkomanlıga və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya”nın üzvləri, RİH-nin hüquq şöbəsi, Ağsu Rayon Gənclər və İdman İdarəsi və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak etmişlər.
Tədbirlərdə çıxış edənlər müasir dövrdə cəmiyyəti düşündürən və narahat edən ən ürək ağrıdan problemlərdən biri olan bəşəriyyətin ciddi bəlasına çevrilən narkomanıyanın
törətdiyi fəsadlardan, onun insanların sağlamlığına vurduğu müxtəlif dərəcəli ziyanlar barədə geniş məlumat vermişlər.
Qeyd olunmuşdur ki, insan orqanizminə, sağlamlığına, mənəviyyatına ən sağalmaz zərbələr vuran, ən pis vərdiş kimi qəbul edilən narkomanlıq və narkotiklərə aludəçilik qədimdə də, müasir dövrümüzdə də ən xoşagəlməz vərdiş kimi qəbul edilmişdir.
Bu pis vərdiş barədə elm aləmində ilk dəfə XVIII əsrin əvvəllərində məlumat verilmişdir. XX əsrin sonunda isə narkomaniya bəşəriyyətin bəlasına çevrilərək çox böyük çətinliklə qarşısı alınan, xeyli miqlarda pul vəsaiti bahasına başa gələn son dərəcə pis bir amil olmaqla yanaşı, bir tərəfdən də narkobiznesmenlərin narkotiklərin qanunsuz dövriyyəsindən qazanc əldə etməsi üçün bir vasitəyə çevrilmişdir.
Bu problemin ictimai təhlükəli olması isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və günü-gündən artır. Narkomaniyanın Azərbaycanda qarşısının alınması üçün ilk növbədə vacib olan tədbirlərdən biri, ölkədə qeyri-qanuni yolla dövriyyədə olan narkotikalərə nəzarət və narkomanların təqribidə olsa qeydiyyata alınmasıdır.
Son zamanlar Respublikamızda narkomaniyaya qarşı mübarizədə hüquq muhafizə orqanları ilə yanaşı, digər təşkilatlarda bir sıra işlər görür. Təşkilatlar insanlar arasında maarifləndirmə işləri vasitəsilə onları narkotik vasitələrdən uzaq olmağa çağırırlar.
Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər kefiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur.
Bu fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Amma çox təəssüf ki, Respublikamızda narkomaniyaya qarşı mübarizə gündən–günə artsada, narkomanların sayı da bu mübarizə ilə bərabər artır. Ən pisi də budur ki, narkotik vasitə istifadəçilərinin ən çoxunu gənclər təşkil edir. Və buda çox pis nəticədir, çünki hər bir xalqın, millətin özəyini onun gəncləri təşkil edir və xalqın inkişafında da gənclərin rolu mühüm əhəmiyyət kəsb edir.
Narkotik vasitələrdən istifadə ailələrin dağılmasına, cinayətkarlığın artmasına, cəmiyətdə ən böyük bəlalardan olan, QİÇS xəstəliyinə gətirib çıxarır. Narkotik vasitələr insanlarda asılılıq yaratdığı üçün narkotikin vaxtı çatıqda o mütləq qəbul edilməlidir. Narkomanın isə narkotik vasitənii almağa pulu olmadıqda o, hər cür vasitəyə, yəni, oğurluğa, adam öldürməyə və digər cinayətlərə əl ata bilər.
Narkomaniya ilə mübarizə nəinki dövlətin, həmçinin bu dövlətdə yaşayan hər bir fərdin borcudur. Çünki bu elə bir bəladır ki, hər bir fərdin özünün və yaxudda özünə yaxın olan bir insanın başına gözlənilmədən gələ bilər.
Tədbirlərdə, həmçinin gəncliyin sağlam əsaslar üzərində böyüməsinin, narkomaniyaya qarşı mübarizədə məktəbin ailə ilə birgə çalışmasının vacibliyi, narkomaniyaya aludəçiliyin qarşısının alınması işində təkcə dövlətin deyil, eləcə də cəmiyyət və bütün sosial institutların öz töhfələrini verməli olduqları vurğuladı.
Tədbirlərin sonunda məktəblilərə narkomaniyanın törətdiyi dəhşətli fəsadlardan bəhs edən video rolik nümayiş olunmuşdur.