Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin başçısı Nuran kənd sakinləri ilə səyyar qəbul keçirib

09 avqust 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Nuran kənd sakinləri ilə səyyar qəbul keçirib. Görüşdə Milli Məclisin deputatı Tahir Kərimli iştirak edib.

   İcra hakimiyyətinin başçısı qəbul zamanı ölkədə aparılan sürətli inkişafdan söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün bölgələrdə abadlıq-quruculuq işləri davam etdirilir. Məhsul istehsalının artırılması və iş yerlərinin yaradılması  ilə  bağlı  əhəmiyyətli  tədbirlər  həyata  keçirilir.

  Çıxış edən kənd sakinləri ölkədə sosial - iqtisadi inkişaf sahəsində  həyata keçirilən məqsədyönlü  tədbirlərə  görə  dövlət  başçısına  dərin  minnətdarlıqlarını  bildiriblər.

  Qəbulda vətəndaşlar tərəfindən kənd təsərrüfatı işlərinin sürətləndirilməsi, elektrik verilişi xəttlərinin təmiri təklif olunub və digər yerli əhəmiyyətli sosial məsələlərin həlli qaldırılıb. Qeyd olunan problemlər nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar  verilib.

Keçidlər