Rayon İcra Hakimiyyətinin başçısı Cəlayir kəndində vətəndaşları qəbul edib
02 avqust 2018 | 11:00
Səyyar qəbul qrafikinə uyğun olaraq rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Cəlayir kəndində vətəndaşları qəbul edib.
Qəbulda kənd sakinləri əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması, elektrik verilişi xətlərinin yenidən qurulması və digər sosial problemlərin həlli ilə bağlı irad və təkliflərini bildiriblər. Qeyd olunan məsələlər nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.