Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Hacıman kəndində vətəndaşları qəbul edib

19 iyul 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Hacıman kəndində vətəndaşları qəbul edib.

  Qəbul zamanı vurğulanıb ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən razılıqla  qarşılanır.

  Kənd sakinləri çıxışlarında sosiai - iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü  tədbirlərə görə dövlət başçısına dərin minnətdarlıqlarını və razılıqlarını bildiriblər.

  Görüşdə vətəndaşlar tərəfindən əsasən həyətyanı torpaq sahəsi ilə təminat, elektrik enerjisi ilə təchizatın yaxşılaşdırılması, taxıl yığımı kampaniyasının sürətləndirilməsinə kömək göstərilməsi və digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

  Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar  verilib.

Keçidlər