Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Suraxanı kəndində səyyar qəbul keçirib

12 iyul 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Suraxanı kəndində səyyar qəbul  keçirib. Görüşdə Milli Məclisin deputatı Tahir Kərimli iştirak edib.
   İcra hakimiyyətinin başçısı qəbul zamanı ölkədə aparılan sürətli inkişafdan söhbət açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında bütün bölgələrdə abadlıq-quruculuq işləri davam etdirilir. Məhsul istehsalının artırılması və iş yerlərinin yaradılması ilə bağlı əhəmiyyətli tədbirlər  həyata  keçirilir.
  Çıxış edən kənd sakinləri sosial - iqtisadi inkişaf sahəsində ölkədə  həyata keçirilən məqsədyönlü  tədbirlərə  görə  dövlət  başçısına  dərin  minnətdarlıqlarını  bildiriblər. 
  Qəbulda vətəndaşlar tərəfindən içməli su ilə təchizatın yaxşılaşdırılması, kəndin telefonlaşdırılması və internetlə təminat, şəhid ailəsinin sosial müdafiəsinin gücləndirilməsi və digər sosial məsələlərin həlli qaldırılıb. Qeyd olunan problemlər nəzarətə götürülüb və onların icrası ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar  verilib.

  

Keçidlər