Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Dilman kəndində vətəndaşları qəbul edib

05 iyul 2018 | 11:00

İyulun 5-də rayon icra hakimiyyətinin başçısı Dilman kəndində vətəndaşları qəbul edib.

  Hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşdə vurğulanıb ki, səyyar qəbullar vətəndaşların irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da rayon sakinləri tərəfindən həmişə rəğbətlə qarşılanır.

  Görüşdə çıxış edən kənd sakinləri sosiai - iqtisadi inkişaf sahəsində ölkədə və regionlarda həyata keçirilən  məqsədyönlü  tədbirlərə  görə  dövlət  başçısına  dərin  minnətdarlıqlarını  bildiriblər. 
  Qəbulda vətəndaşlar tərəfindən məşğulluğun yüksəldilməsi üçün torpaq sahələrinin ayrılması və bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb. Həmin məsələlərin həlli ilə bağlı təbdirlərin həyata keçirilməsi nəzərdə tutulub. 

Keçidlər