Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı Təklə kəndində səyyar qəbul keçirib

28 iyun 2018 | 11:00

Rayon icra hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Təklə kəndində səyyar qəbul  keçirib. 
  Qeyd edilib ki, belə görüşlər vətəndaşların  irəli sürdüyü irad və təkliflərin tez bir zamanda həll olunmasına imkan yaradır. Bu da yaşayış məntəqələrinin sakinləri tərəfindən  razılıqla  qarşılanır.
  Çıxış edən kənd sakinləri sosiai - iqtisadi inkişaf sahəsində ölkədə həyata keçirilən məqsədyönlü  tədbirlərə  görə  dövlət  başçısına  dərin  minnətdarlıqlarını  bildiriblər.  
 Qəbulda vətəndaşlar tərəfindən məktəb binasının əsaslı təmiri, kəndin telefonlaşdırılması və internetlə təminat, taxıl yığımı kampaniyasının sürətləndirilməsi  və digər yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb. Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq  tapşırıqlar  verilib.
  Təklə kəndində keçirilən səyyar qəbulda  Milli  Məclisin deputatı Tahir Kərimli iştirak edib.

Keçidlər