Heydər Əliyev Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Dünyanı verək uşaqlara" adlı tədbir keçirilib
01 iyun 2018 | 11:00
“Dövlətimiz uşaqların sağlam və firavan böyüməsinə, onların hər cür qayğı ilə əhatə olunmasına, müasir vətəndaş kimi yetişməsi məsələlərinə xüsusi diqqət yetirir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur” bu fikirlər 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş Heydər Əliyev Mərkəzində keçirilmiş tədbirdə səsləndirilib.
Tədbirdə uşaqlar üçün müxtəlif oyunlar, viktorinalar, hədiyyələr, artvizaj və musiqili- əyləncəli şou-proqram təşkil olunub.
Tədbir günün sonuna qədər davam edib.