Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

01 iyun 2018 | 11:00

Cəmiyyətimizin ən zərif nümayəndələri olan uşaqların fiziki cəhətdən sağlam, vətənpərvər ruhda böyümələri, mükəmməl elmi biliklərə yiyələnmələri üçün ölkəmizdə hər cür şərait yaradılıb. Vaxtilə “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir” söyləyən ümummilli liderimiz Heydər Əliyev tərəfindən hazırlanan dövlət uşaq siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
  Bu sətirlər Ağsu şəhərindəki “Şəlalə” şadlıq sarayında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən təntənəli mərasimdə səsləndirilib. Şirniyyat stolu arxasında təşkil olunan, 6 ümumtəhsil məktəbindən və 8 uşaq bağçasından 210 nəfərin iştirak etdiyi tədbirdəki çıxışında rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva balacaları təbrik edib, onlara işıqlı gələcək, xoşbəxt həyat arzulayıb. S.Mirzəliyeva, eləcə də digər çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından danışıblar.
  Balaca fidanların ifasında rəngarəng mahnı və rəqslərlə müşayiət olunan şənlik iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.

Keçidlər