Ağsu rayonunda talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib
01 iyun 2018 | 11:00
Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hemotologiya Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı iyunun 1-də Ağsuda talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlar üçün qanvermə aksiyası keçirib.
Rayon mərkəzi xəstəxanasında təşkil olunan və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən qanvermə aksiyasında sakinlər fəallıq göstəriblər.
Səhər saat 9-dan axşam 17-dək davam edən aksiya zamanı 300 nəfərdən çox könüllü əvvəlcə müayinədən keçib, onların 170 nəfərindən qan götürülüb.