Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

26 may 2018 | 11:00

Tədbir iştirakçıları ilk öncə şəhərin mərkəzində ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderimizin abidəsi önünə tər gül dəstələri qoyublar.
  Rayon icra hakimiyyətinin akt zalında keçirilən tənətənli yığıncaqda Dövlət Himni səsləndirilib.       Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və 2018–ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan olunması ilə bağlı Sərəncamlarının tarixi əhəmiyyətindən, bu Sərəncamlardan irəli gələn vəzifələrlə əlaqədar görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. İcra başçısı Azərbaycan Xalq Cumhuriyyətinin qısa müddət - cəmi 23 ay yaşadığını diqqətə çatdıraraq milli dövlətçilik sahəsində dövlət rəmzlərinin qəbul etməsini, Azərbaycan dilinə dövlət dili statusunun verilməsini, milli ordu quruculuğu, təhsil, səhiyyə və mədəniyyət sahələrində bir sıra vacib işlərin gördüyünü vurğulayıb, gənc respublikanın qazandığı çox böyük nailiyyətlərdən danışıb.
  Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva “Şərqin ilk demokratik respublikası” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkülündə və fəaliyyətində Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxliniski və digər ziyalıların xidmətlərindən, Xalq Cumhuriyyətinin ölkəmizin sosial-iqtisadi, içtimai-siyasi və mədəni inkişafındakı böyük əhəmiyyətindən danışıb.
  Məruzədə, eləcə də çıxışlarda qeyd olunub ki, XX əsrin 80-ci illərinin ortalarından bir çox ölkələrdə, o cümlədən Azərbaycanda yaranan milli oyanış dalğası xalq hərəkatına çevrilərək, yeni dünya nizamının təməlini qoyanda Azərbaycan Xalq Cümhuriyyətinin idealları xalqımız üçün mayaka çevrilib. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyinə qovuşub. Diqqətə çatdırılıb ki, vətəndaş qarşıdurması və parçalanma təhlükəsindən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qurtulan Azərbaycan bu gün dünyanın siyasi və iqtisadi dairələrində diqqət mərkəzinə çevrilib. Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni-yeni uğurlara imza atır. Respublikanın sosial-iqtisadi inkişafı sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlar ilbəil artır.
  Sonda Ulu Öndərin adını daşıyan parkın yay səhnəsində rayon incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti olub.

Keçidlər