Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş silsilə idman tədbirləri keçirilib

26 may 2018 | 11:00

Ağsu rayon Gənclər və İdman idarəsi, rayon Təhsil şöbəsi və rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatilatçılığı ilə may ayının  25-dən 26-dək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubleyinə həsr olunmuş silsilə idman tədbirləri keçirilib.
     Ümumtəhsil tam orta məktəblərin oğlanlardan ibarət komandaları arasında voleybol, məktəblilər arasında şahmat və yeniyetmələr arasında taekvondo idman növləri üzrə rayon birincilikləri baş tutub. Yarışlar hər idman növünə uyğun olaraq beynəlxalq qaydalara əsasən keçirilib.
     Keçirilən idman tədbirlərində ümumilikdə 156 nəfər idmançı iştirak edib. Ayrı-ayrı idman növləri üzrə qalib  komanda və idmançılar  rayon Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıblar.

Keçidlər