Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb

07 may 2018 | 11:00

Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ümummilli lider Heydər Əliyev bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. 95 illik yubileyini qeyd etdiyimiz bu günlərdə Ulu Öndəri tanıyan hər bir insan Heydər Əliyev şəxsiyyətinin ucalığı barədə fikir yürütməyə ehtiyac duyur. Heydər Əliyev həyatını istinasız olaraq Azərbaycana həsr edib. Onun böyüklüyünü illər keçdikcə daha dərindən dərk edirik.
    Bu  fikirlər mayın 7-də Ağsuda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
   Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq, dahi rəhbərin öz vətəni, milləti qarşısındakı misilsiz xidmətlərindən danışıb.
   İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun “Əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Məruzə və çıxışlarda bildirilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə xalqımızın minilliklərlə intizarında olduğu ideallar, niyyətlər, arzular gerçəkliyə çevrilib. Bu 34 il Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion hüquqlarına sahib çıxması, milli mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatə edir.
   Yığıncaqdan sonra iştirakçılar parkda Ulu Öndərin 95 illiyinə həsr edilən kitab sərgisi ilə tanış olub, idmançıların çıxışlarına baxıblar.
   Sonda bayram konserti olub.

Keçidlər