Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon icra hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda tədbir keçirilib

03 may 2018 | 11:00

Ümummilli Liderin anadan olmasının 95-ci ildönümü münasibətilə mayın 3-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ulu öndər Heydər Əliyev tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıb. Tədbirdə “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyevin məruzəsi dinlənilib, çıxışlar olub.
  Vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev cəmiyyətimizin güzgüsü olan, ictimai-siyasi düşüncə tərzini formalaşdıran, Azərbaycan xalqının milli kimliyini dünya xalqlarına nümayiş etdirə bilən medianın əsaslarını yaradıb. Məhz Ulu Öndərin düşünülmüş, ardıcıl səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələr aradan qaldırılıb, qanunvericilik bazası təkmilləşdirilib, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirilib.
  Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" Fərman ölkə mətbuatının inkişafında mühüm hadisədir. Bu Fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edilib, hərbi senzura yaradılması haqqında 1992-ci il 16 aprel tarixli Fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 1993-cü il 15 aprel tarixli Sərəncam qüvvədən düşüb. Habelə, 1998-ci ildə senzuranın ləğvi ilə müstəqil mətbuatımız ictimai fikrə təsir edən və "dördüncü hakimiyyət" funksiyasını həyata keçirən real gücə çevrilib. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar qəbul edilib, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atılıb.
  Məruzə və çıxışlarda, habelə bu gün milli mətbuatımızın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında, ictimai fikrin formalaşmasında mühüm rolundan da danışılıb.

Keçidlər