Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi anılmışdır

01 may 2018 | 11:00

Ağsu rayon Mərkəzi Xəstəxanasında Azərbaycan tibb elmində silinməz izlər qoyan görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 95-ci ildönümü münasibətilə tədbir  keçirilib. 
      Mərkəzi xəstəxananın baş həkimi Şərəbanı Məlikova, həkim oftalmoloq Ülviyyə Əzizova və başqaları  alimin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən, onun oftalmologiya sahəsindəki böyük xidmətlərindən, tibb elminə gətirdiyi yeniliklərdən danışıblar. Qeyd edilib ki, Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə nur verən Zərifə xanımın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə Əliyeva xeyirxah və humanist əməlləri ilə də yaddaşlarda silinməz iz qoyub.  Sıravi həkimdən akademikədək yüksələn, oftalmologiya sahəsinin inkişafı ilə yanaşı savadlı, bacarıqlı kadrların hazırlanmasında da böyük əmək sərf edən Zərifə Əliyevanın zəngin irsi, apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr verib. Fədakar həyat yoldaşı, qayğıkeş ana olan Zərifə Əliyevanın həyat və fəaliyyəti gənc nəsillərə bir örnəkdir.
       Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva akademik Zərifə Əliyevanın həkimlik fəaliyyəti ilə yanaşı, ictimai həyatdakı fəallığı barədə də danışıb. Vurğulayıb ki, bu nəcib insanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaq.  

Keçidlər