Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyevin inamlı qələbə qazanması münasibətilə Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə "Güclü Azərbaycan naminə" şüarı ilə açıq hava yürüşü keçirilib
12 aprel 2018 | 11:00
Zəfər yürüşündə iştirak edən gənc fəallar "İlham Əliyev sabitlik, davamlılıq və inkişafa aparan liderdir!", "İlham Əliyev Ulu Öndər Heydər Əliyev məktəbinin məzunudur!", "Gənclərin gələcəyi İlham Əliyevlə daha parlaq və daha güclü olacaq!", "O hər bir azərbaycanlının prezidentidir!" fikirlərini səsləndiriblər.
Musiqili-əyləncəli proqramla davam edən bayram tədbirində gənclər öz liderlərinə sevgi, etimad və inamlarını bildiriblər.