Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel zəfərinin ikinci ildönümü Ağsuda qeyd edilib

07 aprel 2018 | 11:00

Aprelin 7-də Ağsuda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Aprel zəfərinin ikinci ildönümünə həsr olunan tədbir keçirilib.
  Tədbirdən əvvəlcə iştirakçılar rayonun Bico kəndində Aprel döyüşlərində şəhid olmuş Toğrul Fərəczadənin məzarını ziyarət edib, şəhidin ev muzeyinə baxıblar.
  Heydər Əliyev Mərkəzində ictimaiyyət nümayəndələrinin, keçmiş döyüşçülərin, məktəblilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva Aprel döyüşlərində Azərbaycan əsgərlərinin qəhrəmanlığından danışıb.
  Bilik Fondunun lektorlar qrupunun üzvü, Silahlı Qüvvələrin Hərbi Akademiyasının dosenti, ehtiyatda olan polkovnik Mehman Süleymanov “Heydər Əliyev və Azərbaycanın ordu quruculuğu” mövzusunda mühazirə oxuyub.
  Fondun mətbuat katibi Ceyhun Musayev “Aprel zəfəri düşmənə sarsıdıcı zərbə oldu” mövzusundakı çıxışında 2016-cı ilin qələbə sədalı günlərini xatırladıb. O, Aprel zəfərinin qəhrəmanlıq salnaməsi yazdığını deyib.
  Tədbirin bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Məktəblilər arasında keçirilən “Azərbaycan ordusu” şeir müsabiqəsinin qaliblərinə Bilik Fondunun diplom və hədiyyələri verilib.

Keçidlər