Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonundan olan tur-aksiya iştirakçıları cənub bölgəsindən zəngin təəssüratla ayrılıblar

18 mart 2018 | 11:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində məktəblilərin regionlara təşkil edilən tur-aksiyanın cənub bölgəsi istiqaməti üzrə növbəti mərhələsi başa çatıb.
  Ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində regionlara səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələri ilə yaxından tanış olublar.
  Ölkəmizin cənub bölgəsinə səyahət edən Ağsu rayon məktəbliləri və onların müəllimləri martın 18-də Lənkəran şəhərindən yaşadıqları rayona yola düşüblər.
  Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri yola salıblar.
   Cənub bölgəsindən zəngin təəssüratla ayrılan tur-aksiya iştirakçıları ölkəmizi daha yaxından tanımaq üçün yaradılan şəraitə görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Keçidlər