Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib

13 mart 2018 | 11:00

Martın 13-də Ağsu rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə A.Nadirov adına 1 №-li Ağsu şəhər məktəb-liseyində “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
  Məqsəd  məktəblilərin  hərbi xidmətə hazırlanmasına kömək göstərməkdən və  zona birinciliyində rayonumuzu təmsil edəcək komandanı müəyyən etməkdən ibarətdir.    Yarışda 19 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 233 nəfər məktəbli iştirak edib.  Birincilikdə I, II və III yerlərə layiq görülən komandalar Ağsu rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.
  Yarışda I yerə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbinin, II yerə şəhər 4 saylı tam orta məktəbin, III yerə isə A.Soltanov adına Qəşəd kənd tam orta məktəbin komandaları layiq görülüblər.

Keçidlər