Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı Ağsu rayonunda təntənəli surətdə qeyd edilib

29 dekabr 2017 | 11:00

İştirakçılar  əvvəlcə Heydər Əliyev parkında Ümummilli Liderimizin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.
  Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilib.
  Rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun çıxışında, başçının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyevanın “Azərbaycan bütün dünya azərbaycanlılarının vətənidir” adlı məruzəsində qeyd olunub ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın bütün qitələrində yaşayan azərbaycanlıları – soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyət göstərməyə çağıran tarixi bir gündür. Əlbəttə, həmrəylik gününün dövlət bayramı statusunu alması, dünya azərbaycanlıları birliyinin bugünkü səviyyəyə çatması çox da asan olmayıb. Bunun üçün dahi şəxsiyyət, böyük dövlət xadimi ümummilli liderimiz Heydər Əliyevə borcluyuq.
  Sonra ilin ən yaxşı müəllimi, məktəbi, şagirdi, məşqçi-müəllimi və nümayəndəsi nominasiyaları üzrə fərqlənənlərə rayon icra hakimiyyətinin fəxri fərmanı və mükafatları verilib.
  Bayram tədbiri parkda, açıq havada rəngarəng konsert proqramı ilə davam etdirilib. Yolka ətrafında balacalar və məktəblilər şənlik ediblər. Şaxta baba və Qar qız şənliyə xoş əhval-ruhiyyə qatıb.

 

Keçidlər