Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda yeni Bayraq meydanı açılacaq

25 dekabr 2017 | 11:00

Ağsu şəhərinin M.Ə.Rəsulzadə küçəsi ilə Bakı-Şamaxı-Yevlax magistral yolunun kəsişdiyi ərazisində yeni Bayraq meydanının inşasına başlanılıb.
   10 min kvadratmetr ərazini əhatə edəcək meydanda 65 metr hündürlükdə 18 x 9 metr ölçüdə üçrəngli bayrağımız ucaldılacaq. Ətrafda park salınacaq.
   İşlər yerli inşaatçılar tərəfindən görülür. Yeni Bayraq meydanının gələn ilin may ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.

Keçidlər