Ağsuda Ulu Öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla anıldı
Ağsu rayon rəhbərliyi, idarə və təşkilat, təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin və KİV nümayəndələrinin iştirakı ilə Ulu öndər Heyər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar anım mərasimi keçirimişdir.
Tədbirdən öncə rayon ictimaiyyətinin nümayəndələri «Heydər Parkı»nda ümummilli liderimizin abidəsini ziyarət etmişlər. Abidənin önünə əkilil qoyulmuş və tər çiçəklər düzməklə Ulu öndərə hörmət və ehtiram bildirlmişlər.
Bundan sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində başlanılmış, Ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Anım mərasimini giriş sözü ilə açan Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, xalqımızın milli iftixarı Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə çıxış etmişdir.
Natiq qeyd etmişdir ki, vətənimiz üçün kifayət qədər mürəkkəb və keşməkeşli bir dönəmdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoymuşdur. Onun möhtəşəm zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilmişdir. Dünyanın ən tanınmış siyasətçiləri bu böyük zəka sahibinin fəaliyyətini, onun dəyərli irsini artıq çoxdan örnək kimi qəbul etmişlər.
Digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışmışdır. Din xadimləri Ulu öndərin əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və yasin surəsini oxumuşlar.
Sonra şəhərin mərkəzində (sağ və sol sahildə) 600 nəfərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ehsan mərasimi keçirilmişdir.