Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq əlillər gününə həsr olunmuş tədbir keçirilmişdir

04 dekabr 2013 | 11:00

          3 Dekabr – Beynəlxalq əlillər günü ilə əlaqədar Ağsu  Rayon İcra Hakimiyyəti tərəfindən “Veteranlar  evi”ndə  tədbir keçirilmişdir. Tədbir iştirakçılarını salamlayaraq Ağsu Rayon İcra Hakimiyyətinin  başçısı Ənvər  Seyidəliyev  dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin  əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Ağsu rayonunda həyata keçirilən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, Ağsu rayonunda 1046 nəfər müxtəlif əlillik dərəcəsinə malik  vətəndaş yaşayır. Bunların arasında əmək, Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə sağlamlıq  imkanları  məhdud  və müxtəlif səbəblərdən əlil olmuş insanlar vardır. Hazırda rayon Sosial Müdafiə Mərkəzində  17 nəfər tənha əlil qeydiyyatdadır ki, onlara 10 nəfər sosial işçi xidmət göstərir.
     Ə.Seyidəliyev bildirmişdir ki, əlill vətəndaşla və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Belə ki, yalnız bu il ərzində RİH tərəfindən əlillər və xüsusilə də əlil uşaqlarla bağlı xeyli  tədbir təşkil olunmuş, 3 nəfərə əlil arabası verilmiş, 1 əlilə cərrahiyyə əməliyyatında köməklik göstərilmiş, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunmuşdur. Bu il müxtəlif kateqoriyalardan olan 64 nəfər əlil rayon sakini sağlamlığının  bərpa  olunması  məqsədi  ilə  respublikanın  müxtəlif  sanatoriyalarına  (“Naftalan”,  “Mərdəkan”,  “Günəşli”,  “Ulu-Su”  və  “Bilgəh”) göndərilmişlər.
            Digər çıxışçılar əlil vətəndaşlarımıza və xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişlər. Əlillərin cəmiyyətin bərabərhüquqlu üzvü  olduğu  vurğulanmış,  onların cəmiyyətə inteqrasiyasının vacibliyi, bu sahədə dövlətin gördüyü işlər və cəmiyyətin hər bir üzvündən tələb olunan fəaliyyət barədə  söhbət  açılmışdır.
Tədbirin  sonunda RİH tərəfindən əlillərə hədiyyələr təqdim olunmuş və maddi yardım göstərilmişdir.

Keçidlər