Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd edilib

01 dekabr 2017 | 11:00

Ağsu şəhərindəki Veteranlar Evində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə təşkil olunan tədbirdə qeyd edilib ki,  rayonda hazırda 4895 nəfər əlil var. Onlardan 65-i Qarabağ, 2-si İkinci Dünya müharibəsi, 6-sı Əfqanıstan müharibəsi əlilidir. Rayonda, habelə 82 nəfər gözdən əlil yaşayır. Əlillər daim qayğıya ehtiyacı olan insanlardır və onlar ölkəmizdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
  Çay süfrəsi arxasında 30 nəfər əlilin iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva vurğulayıb ki, ölkəmizdə əlil vətəndaşların sağlamlığı, reabilitasiya, pulsuz istirahəti, texniki bərpa, ev və nəqliyyat vasitələri ilə təminat kimi sosial problemlərinin həlli istiqamətində daim ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edilib ki, dövlətimizin başçısının tapşırığına əsasən, əlillərin evlə təminatı istiqamətində böyük işlər görülür. Belə ki, təkcə Ağsu rayonunda Qarabağ əlilləri və şəhid ailələrinə 50 mənzil və fərdi yaşayış evi verilib. Habelə, 20 nəfər avtomobillə təmin olunub.
  Tədbirdə çıxış edən Qarabağ müharibəsi əlilləri Allahverdi Qəmbərov, Əli Zamanov və başqaları əlillərə göstərilən dövlət qayğısına, onların cəmiyyətə inteqrasiyası ilə əlaqədar həyata keçirilən layihələrə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
  Əlillər günü münasibətilə onlara rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilib.


 
Keçidlər